DMX rəisi “GəncLİK” proqramının iştirakçıları ilə görüşüb - FOTO

DMX rəisi “GəncLİK” proqramının iştirakçıları ilə görüşüb - FOTO
  • Clock-gray 13:14
  • calendar-gray 19 Oktyabr 2019

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov “GəncLİK” (Gənc Liderlərin İnkişafı Konsepsiyası) proqramının iştirakçılarını qəbul edib.

APA-nın məlumatına görə, Vüsal Hüseynov bildirib ki, bu tədbirlərin həyata keçirilməsi ölkədə gənclər siyasətinə olan diqqətin göstəricisidir.

“Bildiyiniz kimi, Prezident İlham Əliyev gənclər sahəsini diqqətdə saxlayır. Azərbaycan gəncliyi cəmiyyətin bütün sahələrində aparıcı mövqedədir. Hesab edirəm ki, bu layihələr də gənclərin inkişafına töhfə verəcək", - deyə DMX rəisi vurğulayıb. 

Qeyd edək ki, “İdarəetmə və kommunikasiya” mövzusunda keçirilən master-klassda Vüsal Hüseynov qərar qəbuletmə, komanda ilə işləmə, kreativlik və innovativlik, sosial şəbəkələrdə aktivlik, informasiya mübadiləsi, məlumatların dolğun və düzgün çatdırılması mövzusunda çıxış edib, o cümlədən liderlik qabiliyyətlərinin artırılması və peşəkar vərdişlərin aşılanması haqqında gənclərə tövsiyələrini verib.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılır. Növbəti 3 ay ərzində də gənc liderlərə proqram çərçivəsində müxtəlif mövzularda təlimlər keçiriləcək və dövlət qurumlarının rəhbər şəxsləri ilə görüşləri təşkil olunacaq.

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date