Dövlət Əmək Müfəttişliyi Xidməti bu il 282 hüquq pozuntusu aşkarlayıb

Dövlət Əmək Müfəttişliyi Xidməti bu il 282 hüquq pozuntusu aşkarlayıb
# 18 iyul 2019 14:43 (UTC +04:00)

2019-cu ilin ilk yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti daxil olmuş müraciətlərin araşdırılması zamanı 282 hüquq pozuntusu aşkar edib.

ƏƏSMN-dan APA-ya verilən xəbərə görə, hüquq pozuntuları əsasən əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsi, məzuniyyət hüquqlarının pozulması, qanunvericiliyin tələbləri pozulmaqla əmək müqavilələrinə xitam verilməsi və s. ilə bağlı olub. Aşkar olunan hüquq pozuntularının aradan qaldırılması üçün qanunvericilik çərçivəsində tədbirlərin görülməsi təmin olunub.

Eyni zamanda, hüquq pozuntularına yol vermiş işəgötürənlərə əmək qanunvericiliyinin müvafiq məsələlərə dair tələbləri barədə məlumatlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR