Azərbaycanda əmək qabiliyyətli yaşda ölən insanların sayı azalıb

Azərbaycanda əmək qabiliyyətli yaşda ölən insanların sayı azalıb
# 23 iyul 2019 15:30 (UTC +04:00)

Azərbaycanda əmək qabiliyyətli yaşda ölən insanların sayı azalıb.

APA-nın məlumatına görə, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 1991-2017-ci illər üçün açıqladığı hesabatda əksini tapıb.

Hesabatda bildirilib ki, əgər 1991-ci ildə əmək qabiliyyətli yaşda ölən insanların sayı əhalinin hər 1000 nəfərinə 6,2 idisə, 2017-ci ildə bu göstərici 5,5-ə düşüb: "Bu gün bizi düşündürən məsələlərdən biri də pensiya və müavinət alan əlillərin saydır. 2018-ci ilin əvvəlinə bu şəxslərin sayı 625 640 nəfər olub. Bu isə iqtisadi fəal əhalinin sayına təsir edir. Xüsusi ilə sağlamlıq imkanları məhdud olan 18 yaşadək olan uşaqların sayının artması da (2018-ci ilin əvvəlinə bu rəqəm 71 783 olub) əmək qabiliyyətli insanların sayına öz mənfi təsirini göstərə bilər. Bu insanlar üçün iş yerlərinin yaradılması və məşğulluğunun artırılması üçün dövlət proqramları qəbul edilir və həyata keçirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR