Dünya elminə töhfə vermiş azərbaycanlılar haqqında ilk dəfə ingilis dilində broşur təqdim ediləcək

Dünya elminə töhfə vermiş azərbaycanlılar haqqında ilk dəfə ingilis dilində broşur təqdim ediləcək
# 23 sentyabr 2019 10:57 (UTC +04:00)

Azərbaycanda elmin populyarlaşdırılması istiqamətində layihələr həyata keçirən Azərbaycan Elm Assosiasiyası “Prominent Azerbaijani Scholars” (Azərbaycanın Görkəmli Alimləri) broşurunu təqdim edir.

Assosiasiyadan APA-ya verilən məlumata görə, broşur Azərbaycan Elm Assosiasiyasının təşəbbüsü əsasında, Azərkitab Kitab Təbliğatı Mərkəzinin dəstəyi ilə ingilis dilində çap olunub.

Təqdimatda dünya elminə və mədəniyyətinə qiymətli töhfələr vermiş bir sıra Azərbaycanlı alim və mədəni xadim barədə söz açılacaq. Alimlərin kəşf və ixtiraları barədə məlumatlar ingilis və Azərbaycan dillərində təqdim ediləcək. Sonda isə interaktiv qaydada sual-cavab sessiyası keçiriləcək.

Təqdimat sentyabrın 28-də Pullman Badamdar otelində 11:30-13:00-da baş tutacaq.

Tədbir üçün qeydiyyat tələb edilmir.

Tədbirə giriş pulsuzdur.

Broşuru əldə etmək istəyənlər üçün qiymətlər aşağıda göstərildiyi kimidir:

- tələbələr 7 manat

- qeyri-tələbələr 12 manat

Tələbələrdən endirimdən yararlanmaq üçün tələbə biletlərini təqdim etmələri tələb ediləcək.

Tədbir barədə ətraflı məlumatlarla https://www.facebook.com/events/2001304909969410/ səhifəsində tanış olmaq olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR