Ədliyyə işçiləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - FOTO

Ədliyyə işçiləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - FOTO
# 22 noyabr 2019 11:20 (UTC +04:00)

Bu gün Azərbaycan Ədliyyə Nazirliyinin (ƏN) rəhbərliyi və əməkdaşları 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı münasibətilə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

APA-nın xəbərinə görə, ədliyyə naziri Fikrət Məmmədov və nazirliyin struktur idarə rəhbərləri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər qoyulub.

Daha sonra Şəhidlər xiyabanını ziyarət edən ədliyyə naziri Fikrət Məmmədov və nazirliyin əməkdaşları Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini anıblar, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR