Elçin Babayev: "Zəhərlənən tələbələrin vəziyyəti yaxşıdır"

Elçin Babayev: "Zəhərlənən tələbələrin vəziyyəti yaxşıdır"
# 22 noyabr 2019 11:53 (UTC +04:00)

“Bakı Dövlət Universitetinin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən tələbələrinin vəziyyəti yaxşıdır”.

Bu barədə APA-ya Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bildirib.

Onun sözlərinə görə, səhər zəhərlənən tələbələrə təkrar baş çəkib: “Onlar gəzirlər, söhbət edirlər, səhər yemək də yedilər. Müalicə gedir ki, bədən tam təmizlənsin. Valideynləri və tələbə dostları ilə də görüşdülər”.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin 2№ li yataqxanasında zəhərlənmə hadisəsi olub. Həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə KTM-ə çatdırılıblar. 20-22 yaş arası olan qızların müalicələri davam edir.

Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR