Əli Əhmədov: "Azərbaycanda "uşaqpulu verilmir" fikrinin səsləndirilməsi düzgün deyil"

Əli Əhmədov: "Azərbaycanda "uşaqpulu verilmir" fikrinin səsləndirilməsi düzgün deyil"
# 11 sentyabr 2019 14:38 (UTC +04:00)

“Azərbaycanda xeyli insan ünvanlı sosial yardım alır. Bundan faydalananların çoxu da çoxuşaqlı ailələrdir. Bu mənada “uşaqpulu verilmir” fikrini qəbul etmək istəmirəm”.

APA-nın xəbərinə görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov deyib. O bildirib ki, ünvanlı sosial yardım həm də çoxuşaqlı ailələr üçün nəzərdə tutulub: “Çoxuşaqlı ailələr əksər hallarda həm də aztəminatlı ailələrdir. Beləliklə, Azərbaycanda "uşaqpulu verilmir" fikrinin səsləndirilməsi düzgün deyil. Azərbaycan hökuməti çoxuşaqlı ailələri diqqətdən kənarda saxlamayıb. Əgər siz bunu uşaqpulu formasında ifadə etmək istəyirsinizsə, məsələ araşdırıla və müvafiq qərar qəbul edilə bilər”.

Baş nazirin müavini qeyd edib ki, bu gün Azərbaycanda bütün aztəminatlı ailələrin dövlət tərəfindən güzəşt almaları mexanizmləri və formaları mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR