Aylıq müavinət seçmək hüququ dəyişir

Aylıq müavinət seçmək hüququ dəyişir
  • Clock-gray 18:49
  • calendar-gray 22 Oktyabr 2019

Əlilliyə və ailə başçısını itirməyə görə müavinətlər almaq hüququ olan şəxs onlardan birini seçə biləcək.

APA-nın məlumatına görə, bu, “Sosial müavinətlər haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, aylıq olaraq dövlət qulluqçularına ömürlük müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət və beşdən çox uşağı olan qadınlara müavinətdən bir neçəsini almaq hüququ olan şəxslər öz arzusuna əsasən bir növ aylıq müavinət seçə bilərlər.

Təklif edilən dəyişikliyə əsasən, bu sıraya  əlilliyə görə müavinət və ailə başçısını itirməyə görə müavinət də daxil edilib. Başqa sözlə, aylıq olaraq dövlət qulluqçularına ömürlük müavinət, əlilliyə görə müavinət, ailə başçısını itirməyə görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət və beşdən çox uşağı olan qadınlara müavinətdən bir neçəsini almaq hüququ olan şəxslər öz arzusuna əsasən bir növ aylıq müavinət seçə bilərlər.

Qanun layihəsi Milli Məclisin 12,13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.

Qəbul ediləcəyi təqdirdə, qanun gələn  il yanvarın 1-dən qüvvəyə minəcək. 

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date