Elmin İnkişafı Fonduna icraçı direktor təyin edilib - YENİLƏNİB

Elmin İnkişafı Fonduna icraçı direktor təyin edilib - YENİLƏNİB
# 20 sentyabr 2019 17:41 (UTC +04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncamla Mehriban Natiq qızı İmanova Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilib.

Qeyd edək ki, M. İmanova Riyaziyyat üzrə fəlsəfə doktoru, dosentdir. O, 1977-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirib.

2001-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasının baş laborantı kimi əmək fəaliyyətinə başlayıb. 2010-cu ildə namizədlik dissertasiyanı müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2009-cu ildən Hesablama riyaziyyatı kafedrasında müəllim, 2013-cü ildən dosent əvəzi, 2016-cı ildən isə dosent vəzifəsində çalışır.

M.N. İmanova 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, iki övladı var.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR