Elxan Hüseynov: "Bəzi kəndlərdə içməli su təminatında müəyyən çətinliklər var"

Elxan Hüseynov: "Bəzi kəndlərdə içməli su təminatında müəyyən çətinliklər var"
  • Clock-gray 17:27
  • calendar-gray 22 Oktyabr 2019

“Ötən ildən başlayaraq, Prezidentin tapşırığı ilə Şirvan kanalının su qəbuledici qurğusunun sugətirici kanalında dərinləşdirmə işlərinə başlanılıb. Hazırda bu işlər davam etməkdədir”.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin su anbarları və hidroqovşaqların istismarı sektorunun müdiri Elxan Hüseynov  deyib. O bildirib ki, Mingəçevir Su Anbarında suyun səviyyəsi düşdükcə, kanal vasitəsilə görülən qazma işlərinin hesabına ağır vəziyyətdən yan keçilib:

“Dağətəyi rayonların su təminatının yaxşılaşdırılması üçün Prezidenti hər il sərəncam imzalayır. Sərəncamla əlaqədar su təminatının yaxşılaşdırılması üçün  müəyyən olunan yerlərdə subartezian quyuları qazılır. Bu quyuların qazılması bilavasitə mövcud suvarılan sahələrin suvarılması və əhalinin içməli suya tələbatını ödəməyə yardım edir. Şirvan kanalından kanalboyu əhalinin suya tələbatı, o cümlədən, təsərrüfat məişət ehtiyacları ödənilir”. 

E.Hüseynov qeyd edib ki, Mingəçevirdə “Azərsu”nun həcmli su nasosları vasitəsilə su götürülür, duruldulur və bəzi kəndlərdə əhalini içməli su ilə təmin edir:

“Su təminatı ilə bağlı müəyyən çətinliklər var. Mingəçevir Su Anbarında suyun səviyyəsində kəskin şəkildə azalma gedir. Bu, təbii bir haldır. Əkin sahələrinin suvarma təminatını təmin etməkdən ötrü cəmiyyət bütün lazımi tədbirlər görür və öhdəsindən də gəlir. Hər il cəmiyyət tərəfindən yerli su istifadçilərinin tələbatına uyğun sudan istifadə planları tərtib olunur. Əkin sahəsindən, əkilən məhsulun növündən, suya tələbatından asılı olaraq sudan istifadə planı tərtib olunur. Bu plana uyğun olaraq Yuxarı Şirvan kanalnın limiti tərtib olunur. Hazırda həmin sənədlər də mövcuddur. Hazırda Şirvan bölgəsində 11 rayonun su ilə təminatı ödənilir. Limitə uyğun olaraq kanalları su ilə təmin olunur”.

Əsmər Qabil

Digər xəbərlər

Arxiv

date