Əsaslı xərclər üçün ayrılacaq vəsaitin məbləği açıqlanıb

Əsaslı xərclər üçün ayrılacaq vəsaitin məbləği açıqlanıb
# 18 oktyabr 2019 18:53 (UTC +04:00)

2020-ci il dövlət büdcəsində əsaslı xərclərin maliyyələşdirilməsi üçün 7809,6 milyon manat və ya xərclərin 29,0 faizi həcmində vəsait nəzərdə tutulub.

APA-nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb.

Layihəyə əsasən, əsaslı xərclərin tərkib hissəsi olan dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərclərinə növbəti ilin dövlət büdcəsi xərclərindən 4909,0 milyon manat vəsait sərf ediləcək. 2020-ci il dövlət büdcəsinin əsaslı xərclərindən dövlət büdcəsinin müvafiq xərc bölmələrində öz əksini tapmaqla, xüsusi dövlət alışlarının həyata keçirilməsinə, sosial- mədəni və məişət, inzibati, istehsalat təyinatlı layihələrin, bina və qurğuların, yolların yenidən qurulmasına və əsaslı təmirinə, qeyri-maliyyə aktivlərinin (əsas vəsaitlər, bina və tikililər, yaşayış və qeyri-yaşayış binaları) alınmasına müvafiq məbləğdə vəsait yönəldiləcək.

Xarici kredit təşkilatlarından alınan kreditlər hesabına bir sıra infrastruktur və sosial təyinatlı layihələrin və proqramların maliyyələşdirilməsi üçün növbəti ilin dövlət büdcəsindən 951,0 milyon manat vəsait sərf edilməklə yanaşı, həmin layihələrdə Azərbaycan tərəfinin payının ödənilməsi üçün 379,6 milyon manat vəsait nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR