Ətraf mühitin və təbiətin mühafizəsi üçün xərclər 34 faiz artırılır

Ətraf mühitin və təbiətin mühafizəsi üçün xərclər 34 faiz artırılır
# 18 oktyabr 2019 18:13 (UTC +04:00)

2020-ci il dövlət büdcəsində ətraf mühitin və təbiətin mühafizəsi, bioloji zənginliyin qorunması, torpaq və yerquruluşu, hidrometeorologiya, meşə təsərrüfatı, balıqçılıq və ovçuluq, ərazilərin təmizlənməsi, çirkab suların yığılması və təmizlənməsi, ətraf mühitin mühafizəsi üzrə tətbiqi tədqiqatlar və digər xidmətlər üzrə xərclər üçün 279,9 milyon manat vəsait proqnozlaşdırılıb.

APA-nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb.

Layihəyə əsasən, bu, 2019-cu illə müqayisədə 71,0 milyon manat və 34,0 faiz çoxdur. Həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1,0 faiz təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 0,2 faiz-bənd çoxdur.

Növbəti ilin dövlət büdcəsində ətraf mühitin mühafizəsi xərcləri üçün ayrılan vəsaitin 228,3 milyon manatı ərazilərin təmizlənməsi, çirkab suların yığılması və təmizlənməsi tədbirlərinə, 17,5 milyon manatı meşə təsərrüfatı tədbirlərinə, 12,4 milyon manatı hidrometeorologiya tədbirlərinə, 8,0 milyon manatı bioloji zənginliyin qorunması tədbirlərinə, 2,4 milyon manatı balıqçılıq və ovçuluq tədbirlərinə, 11,3 milyon manatı ətraf mühitin mühafizəsi üzrə tətbiqi tədqiqatlar və digər xidmətlər üçün nəzərdə tutulub.

Yaşayış məntəqələrinə aid olan kommunal təyinatlı infrastrukturların bərpası, yenidənqurması və abadlaşdırılması üçün 13,0 milyon manat, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinə subsidiya formasında 34,8 milyon manat vəsait ayrılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR