ETSN: "Yüngül plastik torbaların dövriyyədən çıxarılması razılaşdırma mərhələsini keçib"

ETSN: "Yüngül plastik torbaların dövriyyədən çıxarılması razılaşdırma mərhələsini keçib"
# 21 sentyabr 2019 12:33 (UTC +04:00)

"Yüngül çəkili plastik torbaların ödənişli sisteminin tətbiqi ilə bağli Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış təkliflər razılaşdırma mərhələsindədir".

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev deyib. Onun sözlərinə görə, çox yüngül ("pinqvin") torbaların ölkə ərazisində dövriyyəsinin qadağan olunması artıq razılaşdırma mərhələsini keçib:

"Belə polietilen torbaların əvəzinə bazara alternativ məhsullar, ətraf mühit üçün zərərli olmayan kağız, parça torbalar çıxarılmalıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR