FHN-in Akademiyasında dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü qeyd olunub

FHN-in Akademiyasında dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü qeyd olunub
  • Clock-gray 17:18
  • calendar-gray 17 Oktyabr 2019

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 18 oktyabr – Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

FHN-dən APA-ya verilən məlumata görə, Dövlət Himninin səslənməsi ilə başlanan mərasimi giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Baba Salayev tədbir iştirakçılarını bayram münasibətilə təbrik dib. Akademiyanın rəisi qeyd edib ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi tarixi hadisədir və ölkə vətəndaşları üçün əlamətdar bir gündür.

18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin  sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul olunduğunu xatırladan B. Salayev qeyd edib ki, bu mühüm sənədlə xalqımız nəhayət ki, həsrətində olduğu azadlığına, müstəqilliyinə yenidən qovuşdu. Əldə olunmiş suverenliyin qorunub saxlanması isə məhz ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri sayəsində mümkün olub. Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər qısa bir zamanda müstəqil dövlətimizi, suverenliyimizi bütün təhlükələrdən xilas edib.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət sayəsində Dahi rəhbərdən bizə miras qalmış müstəqil dövlətimiz daha da möhkəmlənir, xalqımızın rifahı ildən-ilə daha da yaxşılaşır, ölkəmiz çiçəklənir.

Tədbirdə şıxış edən Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Aydın Mirzəzadə dövlət müstəqilliyimizin əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı nailiyyətlər barədə danışaraq qeyd edib ki, ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti və müdrik uzaqgörənliyi sayəsində dağılmaq və parcalanmaqdan xilas olan Azərbaycan məhz Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində durmadan inkişaf etməklə daha da güclənmiş, beynəlxalq birliyin layiqli üzvünə, regionun qüdrətli lider dövlətinə çevrilib.

Tədbirin sonunda müstəqillik gününə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date