Əfqanıstanda həlak olan hərbi qulluqçuların ailələri üçün Prezident təqaüdünün məbləği 500 manata qaldırılıb

Əfqanıstanda həlak olan hərbi qulluqçuların ailələri üçün Prezident təqaüdünün məbləği 500 manata qaldırılıb
# 31 dekabr 2020 15:13 (UTC +04:00)

Prezident İlham Əliyev “Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli 244 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərman imzalayıb.

APA-nın məlumatına görə, fərmana əsasən, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri (valideynləri, dul arvadı) üçün təsis edilmiş aylıq Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 300 manatdan 500 manata qaldırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR