Gələn il İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirlərinin yarısı özünüməşğulluq tədbirlərinin təşkilinə sərf ediləcək

Gələn il İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirlərinin yarısı özünüməşğulluq tədbirlərinin təşkilinə sərf ediləcək
# 22 oktyabr 2019 18:01 (UTC +04:00)

Gələn il İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri və xərcləri 128 milyon 235 min 400 manat olacaq.

APA-nın məlumatına görə, 2020-ci il büdcə zərfinə daxil olan “İşsizlikdən Sığorta Fondunun 2020-ci il büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

İşsizlikdən Sığorta Fondunun gəlirləri 111 milyon 869 min 600 manat işsizlikdən sığorta üzrə sığorta haqları (17 milyon 834 min 800 manat manat büdcədən maliyyələşən təşkilatlarda işləyənlər və 76 milyon 200 min manat qeyri-büdcə sektoru üzrə, 30 milyon manat sair gəlirlər), 16 milyon manat manat 2019-cu ilin sonuna İşsizlikdən Sığorta Fondunun istifadə olunmamış vəsaiti hesabına formalaşacaq.

Gələn il İşsizlikdən Sığorta Fondundan xərclərinə gəlincə, 5 milyon manat işsizliyə görə sığorta ödənişi, 5 milyon manat peşə hazırlığı və əlavə təhsilin təşkili, 2 milyon manat peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi, 500 min manat əmək yarmarkalarının, əmək birjalarının təşkili, 2 milyon manat haqqı ödənilən ictimai işlərin təşkili, 63 milyon 735 min 400 manat özünüməşğulluq tədbirlərinin təşkili, 3 milyon manat sığortaolunanların əməkhaqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay və 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsi, 2 milyon manat peşə standartlarının hazırlanması, 43 milyon manat müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və onun yerli orqanlarının, müvafiq icra hakimiyyəti orqanının (qurumun) saxlanılması xərcləri, 1 milyon manat sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin olunması üçün əlavə iş yerlərinin və ixtisaslaşdırılmış müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi, 1 milyon manat qanunla əmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş digər aktiv məşğulluq tədbirləri üçün sərf olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR