Gələn il yerli xərclərə 850,1 milyon manat ayrılacaq

Gələn il yerli xərclərə 850,1 milyon manat ayrılacaq
  • Clock-gray 18:41
  • calendar-gray 18 Oktyabr 2019

2020-ci ildə dövlət büdcəsinin yerli xərcləri 850,1 milyon manat məbləğində proqnozlaşdırılır.

APA-nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Layihəyə əsasən, bu 2019-cu illə müqayisədə 7,3 milyon manat və ya 0,9 faiz çoxdur.

Yerli xərclərin 326,1 milyon manatı və ya 38,4 faizi təhsil xərclərinə (məktəbəqədər uşaq müəssisələrinin maliyyələşdirilməsi xərcləri), 170,9 milyon manatı və ya 20,1 faizi ətraf mühitin mühafizəsi xərclərinə (abadlaşdırma xidmətləri haqqının ödənilməsi və təmir işləri ilə bağlı xərclər), 157,0 milyon manatı və ya 18,5 faizi icra hakimiyyəti orqanlarının saxlanılması xərclərinə, 110,6 milyon manatı və ya 13,0 faizi mənzil və kommunal təsərrüfatı xərclərinə, 43,7 milyon manatı və ya 5,1 faizi nəqliyyat və rabitə xərclərinə, 12,9 milyon manatı və ya 1,5 faizi mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən fəaliyyət xərclərinə və 28,9 milyon manatı və ya 3,4 faizi digər xərclərə yönəldiləcək.

İqtisadi təsnifata uyğun olaraq, 2020-ci il dövlət büdcəsinin yerli xərclərində əməyin ödənişi xərcləri 37,9 faiz olmaqla 322,5 milyon manat, iş və xidmətlərin alınması xərcləri 38,2 faiz olmaqla 324,4 milyon manat, malların satınalınması ilə bağlı xərclər 10,6 faiz olmaqla 90,6 milyon manat, qeyri-maliyyə aktivlərinə aid olan xərclər 9,9 faiz olmaqla 83,9 milyon manat, subsidiyalar 3,1 faiz olmaqla 26,5 milyon manat və sosial ödənişlər xərcləri 0,3 faiz olmaqla 2,2 milyon manat təşkil edəcək.

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date