Gələn il yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması üçün 45 milyon manat vəsait ayrılacaq

Gələn il yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması üçün 45 milyon manat vəsait ayrılacaq
# 18 oktyabr 2019 18:31 (UTC +04:00)

2020-ci ilin dövlət büdcəsindən yeni nəsil şəxsiyyət vəsiqələrinin, biometrik pasportların hazırlanmasına ayrılacaq vəsaitin məbləği açıqlanıb.

APA-nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Layihəyə əsasən, bu məqsədlə 45,0 milyon manat məbləğində vəsait nəzərdə tutulub.

Bundan əlavə, dövlət büdcəsindən ünvanlı dövlət sosial yardımı alan aztəminatlı ailələrin əmlakının, dövlətə məxsus əmlakın və dövlət büdcəsindən maliyyələşən təşkilatlara məxsus nəqliyyat vasitələrinin icbari sığortası ilə bağlı xərclər üçün 20,0 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR