Gəncədə körpə doğuşdan 3 gün sonra ölüb

Gəncədə körpə doğuşdan 3 gün sonra ölüb
# 25 iyun 2019 13:22 (UTC +04:00)

Gəncədə körpə doğuşdan sonra ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, iyunun 22-də şəhər sakini T.P vaxtından əvvəl doğuş üçün Perinatal Mərkəzə gətirilib.

Qeysəriyyə əməliyyatı ilə doğulan körpənin vəziyyəti yaxşı olmayıb. Göstərilən profilaktiki tədbirlərə baxmayaraq körpə 3 gün sonra mərkəzdə ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR