Gənclər Fondu 13-cü qrant müsabiqəsinin nəticələrini açıqlayıb

Gənclər Fondu 13-cü qrant müsabiqəsinin nəticələrini açıqlayıb
  • Clock-gray 17:44
  • calendar-gray 17 Oktyabr 2019

Gənclər Fondu 13-cü qrant müsabiqəsinin nəticələrini açıqlayıb.

Fonddan APA-ya verilən məlumata görə, qurumun Müşahidə Şurasının qərarına əsasən, 161 yerli layihənin dəstəklənməsi məqsədəuyğun hesab edilib. Müsabiqə qaliblərinin siyahısı ilə Fondun veb-saytında tanış olmaq mümkündür.

Müsabiqədə qalib olan hər bir gənc qrantın alınması məqsədilə oktyabrın 17-dən etibarən Fondun rəsmi internet saytına öz kodu və şifrəsi ilə daxil olaraq müqavilənin elektron şəkildə razılaşdırılmasını həyata keçirə bilər. Gənclərlə Fond arasında qrant müqaviləsinin bağlanması üçün elektron sistemə daxil olaraq “Xidmətlər” bölməsindən istifadə edərək “Müqavilə” pəncərəsinə keçid edilməlidir.

Qeyd edək ki, müsabiqə iyulun 14-dən avqustun 23-dək keçirilib.

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date