“Gilan Holding” World Cleanup Day hərəkatına qoşulub

“Gilan Holding” World Cleanup Day hərəkatına qoşulub
# 21 sentyabr 2019 17:25 (UTC +04:00)

Sentyabrın 21-də “World Cleanup Day” hərəkatına qoşulan 157 ölkədə ətraf mühitin tullantılardan təmizlənməsi üzrə müxtəlif tədbirlər təşkil olunur. “Gilan Holding” ekologiyanın qorunması üzrə bu maraqlı təşəbbüsü dəstəkləyərək, “TƏBİƏT ÜÇÜN ƏL-ƏLƏ!” devizi ilə təmizlik aksiyası keçirib.

"Gilan Holding"dən APA-ya verilən məlumata görə, aksiya çərçivəsində Holdinqin əməkdaşları Bakı-Sumqayıt şosesinin 5-ci kilometr ərazisində yerləşən meşə massivinin bir hektara yaxın sahəsini müxtəlif növ tullantılardan təmizləyiblər. Toplanmış yarim tona yaxın plastik, şüşə, kağız və digər tullantılar ərazidən xaric olunub.

“Gilan Holding” təmizlik tədbirinin gerçəkləşməsində dəstək göstərən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə xüsusi minnətdarlıq bildirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR