Göyçay çayında baş suqəbuledici qurğunun təmir-bərpası üçün 7 milyon manat ayrılıb

Göyçay çayında baş suqəbuledici qurğunun təmir-bərpası  üçün 7 milyon manat ayrılıb
# 16 oktyabr 2019 16:35 (UTC +04:00)

Prezident İlham Əliyev Göyçay rayonu ərazisində Göyçay çayında selə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən, “Göyçay rayonu ərazisində Göyçay çayında baş suqəbuledici qurğunun təmir-bərpası və selə qarşı mühafizə tədbirləri”nin başa çatdırılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 7.0 (yeddi) milyon manat ayrılıb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR