Güclü külək Goranboyda fəsadlar törədib

Güclü külək Goranboyda fəsadlar törədib
# 22 sentyabr 2019 00:02 (UTC +04:00)

Goranboyda güclü külək nəticəsində bəzi fəsadlar meydana gəlib.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Heydər Əliyev prospektində iri gövdəli çinar ağacı küləyə tab gətirməyərək aşıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Küləyin aşırdığı ağac avtomobillərin hərəkət etdiyi yola düşdüyündən gediş-gəlişdə müəyyən çətinlik yaranıb. Aşmış ağac aidiyyəti qurumlar tərəfindən ərazidən götürülüb.

Güclü külək Goranboyun bir neçə yaşayış məntəqəsini işıqsız qoyub. Rayonun Qızılhacılı, Boluslu, Səfikürd, Tatarlı kəndlərinə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Hazırda külək nisbətən zəif halda davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR