Həsən Böyükdədə: "İntersertin Azərbaycana  xeyirli olacağına inanıram"

Həsən Böyükdədə: "İntersertin Azərbaycana  xeyirli olacağına inanıram"
# 09 oktyabr 2019 18:04 (UTC +04:00)

"Azərbaycanla Türkiyə arasındakı dostluq, qardaşlıq, qonşuluq əlaqələri keçmişdən indiyə qədər davam edən ənənələr üzərində qurulub".

APA-nın məlumatına görə, bunu Türkiyənin Sənaye və Texnologiyalar nazirinin müavini Həsən Böyükdədə Türkiyənin "İntersert Uygunluk Değerlendirme Hizmetleri Anonim Şirketi"nin Azərbaycandakı Nümayəndəliyinin açılış mərasimində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Azərbaycanda İntersert Nümayəndəliyinin açılması bu ənənəni daha da gücləndirmək və inkişaf etdirmək üçün atılan təşviqedici addımdır:

"Türk Standartları İnstitutu vasitəsilə son illərdə müxtəlif sahələrdə iş birliklərimiz daha da artıb. Dost və qardaş Azərbaycanda əsas hədəfimiz standartlaşdırma və uyğunluq dəyərləndirməsi sahəsində münasibətləri daha da gücləndirmək və ortaq layihələrin həyata keçirilməsi müddətini sürətləndirməkdir".

Nazir müavini qeyd edib ki, bu cür layihələrlə iki ölkə arasındakı münasibətlər daha da inkişaf edəcək:

"Bu, Türkiyə üçün çox böyük əhəmiyyət kəsb edir. İntersert iş birliyimizin bir parçasıdır. İntersertin hər iki ölkəyə, xüsusilə də Azərbaycana
xeyirli olacağına inanıram. Bunun vasitəsilə, xüsusilə Azərbaycan iqtisadiyyatının daha inkişaf edəcəyinə, Azərbaycanla Türkiyə arasındakı ticarət əlaqələrinin həcmini 3 milyard yarım dollardan 10, 20 milyard dollara çatdıracaq ortaq layihələrin davam etdiriləcəyinə ümid edirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR