Əhliman Əmiraslanov: "Gələcəkdə ölkə əhalisinə göstərilən tibbi xidmətlər icbari tibbi sığortanın hesabına qarşılanacaq"

Əhliman Əmiraslanov: "Gələcəkdə ölkə əhalisinə göstərilən tibbi xidmətlər icbari tibbi sığortanın hesabına qarşılanacaq"
# 06 noyabr 2020 12:04 (UTC +04:00)

“Gələcəkdə bütün ölkə əhalisinə göstərilən tibbi xidmətlər icbari tibbi sığortanın hesabına qarşılanacaq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin iclasında “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinin müzakirəsi zamanı MM-in Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, hazırda buna keçilməyib deyə bu xidmətlər dövlət büdcəsi hesabına həyata keçirilir: “Bu gün Səhiyyə Nazirliyi tərəfindən dövlət büdcəsi hesabına 16 proqram həyata keçirilir. Gələcəkdə bu xidmətlərin də icbari tibbi sığorta hesabına edilməsi nəzərdə tutulur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR