“Son dövrlərə qədər Azərbaycanda donor bəxşişi, xüsusən də meyitdən orqan köçürülməsi ilə bağlı qanunvericilik bazası yox idi”.
APA-nın məlumatına görə, bunu "Orqan bağışı problemi və transplantasiya" mövzusunda keçirilən Elmi Konfransda Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
O bildirib ki, artıq “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi hazırlanıb və təsdiqlənib: “İndi isə qanun layihəsinin həyata keçirilməsi üçün mexanizm hazırlanmalıdır. Meyitdən orqan köçürülməsi problemini həll etmək üçün çox işlər görülməlidir. Təbliğatdan başlayaraq, insanlar arasında gərgin fikirlərin aradan qaldırılması istiqamətində işlər aparılmalıyıq”.