İl ərzində 100 gəncin xaricdə doktorantura təhsili dövlət tərəfindən maliyyələşdiriləcək

İl ərzində 100 gəncin xaricdə doktorantura təhsili dövlət tərəfindən maliyyələşdiriləcək
# 18 noyabr 2019 12:51 (UTC +04:00)

"Doktoranturaya qəbul çətin prosesdir. Bu səbəbdən xaricdə bu təhsili almaq üçün hər semestr ərzində təxminən 40-50 şəxs proqramdan yararlana bilər".

APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsində təhsilinin maliyyələşdirilməsi və seçiminə dair Qaydalarla bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, il ərzində 100 şəxsin təhsilinin maliyyələşməsi nəzərdə tutulub: "Gələcəkdə müraciət sayının çoxluğuna görə bu rəqəm artırıla bilər". Hər bir tələbə üçün nə qədər məbləğin ayrılması məsələsinə gəldikdə isə N.Məmmədli bildirib ki, bir şəxs üçün nəzərdə tutulan ödəniş məbləği ölkə və universitetə görə fərqlənir: "Çünki hər ölkənin yaşayış və təhsil xərcləri eyni deyil. Proqramın yekun büdcəsi isə Azərbaycan Dövlət Neft Fondunun 2020-ci ilin dövlət büdcəsinə əsasən təyin olunacaq". Nicat Məmmədli bildirib ki, Azərbaycanda doktorantura səviyyəsi üzrə təhsil alan şəxs ikinci dəfə eyni səviyyə üzrə təhsilini xaricdə bu proqram vasitəsilə təmin edə bilməz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR