İşə götürülmə üçün ayrılan kvotaya nəzarət elektronlaşdırılacaq

İşə götürülmə üçün ayrılan kvotaya nəzarət elektronlaşdırılacaq
# 08 noyabr 2019 13:55 (UTC +04:00)

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni yaradılan "Məşğulluq" altsistemi vasitəsilə müəssisələrdə müəyyən kateqoriyalı şəxslərin işə götürülməsi üçün ayrılan kvotaya nəzarət elektron qaydada həyata keçiriləcək".

APA-nın məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev mətbuat konfransında bildirib. Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən, xüsusi qayğıya ehtiyacı olan, xüsusilə əlilliyi olan şəxslərin işə qəbulu kvota əsasında həyata keçirilir:

"Bu kvota müəssisələrdəki iş yerlərinin 5 faizi həcmində müəyyən edilib. Yerli məşğulluq xidməti tərəfindən yerlərdə məşğulluq proqramları həyata keçirilir. Həmin proqramlarda bu kvotaya aid olan müəssisələrin siyahısı müəyyən olunur və kvota əsasında şəxslərin işə qəbulu aparılır. Deyə bilərik ki, bu sahədə işlər aparılır və ciddi problem yoxdur" .

Nazir müavini qeyd edib ki, həm "Məşğulluq haqqında" qanunda, həm də ƏƏSMN-nin "Məşğulluq" Alt sistemində işəgötürənlər üçün ona təklif olunan namizədlərin məcburi qaydada işə qəbul olunması ilə bağlı heç bir mexanizm yaradılmayıb. Söhbət ondan gedir ki, istənilən işaxtaran şəxslə bağlı məlumat işəgötürənlərin şəxsi kabinetinə göndərilir. Işəgötürən namizədi bəyəndiyi təqdirdə göndərişi təsdiq edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR