"İslam sivilizasiyası Qafqazda" Beynəlxalq Simpoziumu iki ildən bir keçirilə bilər

"İslam sivilizasiyası Qafqazda" Beynəlxalq Simpoziumu iki ildən bir keçirilə bilər
  • Clock-gray 15:37
  • calendar-gray 12 İyul 2019

""İslam sivilizasiyası Qafqazda" Beynəlxalq Simpoziumunun bundan sonra da davam etdirilməsi müzakirə olunur".

Bunu APA-ya açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov bildirib.

Rektor qeyd edib ki, iki gün davam edən Simpoziumda Türkiyədən, Rusiyadan və Qafqazın digər bölgələrindən çoxlu qonaqlar iştirak edib: "Biz Simpoziumun bundan sonra da keçirilməsi üçün fikir mübadiləsi apardıq. İlkin fikir bu oldu ki, iki ildən bir Simpozium keçirilə bilər. Biz bunu aidiyyəti dövlət qurumları ilə razılaşdırmalıyıq. Eyni zamanda Simpozium bundan sonra Qafqazın digər bölgələrində və ya yenidən Azərbaycanda keçirilə bilər. Bu məsələ hazırda müzakirə olunur".

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date