İstirahət günlərinin hava proqnozu açıqlanıb

İstirahət günlərinin hava proqnozu açıqlanıb
  • Clock-gray 17:41
  • calendar-gray 12 İyul 2019

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) istirahət günləri səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, Böyük və Kiçik Qafqazda yaxın iki gündə arabir yağışlı hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu dağətəyi rayonlarda 30-35, dağlıq rayonlarda 18-23 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, lakin iyulun 13-də arabir yağış yağacaq. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, lakin iyulun 13-də gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək. 

“Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, yaxın iki gündə küləkli hava şəraiti müşahidə olunacaq, əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturu 27-31 dərəcə isti təşkil edəcək”, - Nazirliyin məlumatında bildirilib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date