İki ölkə Azərbaycanda tətbiq olunan elektron viza sistemi ilə maraqlanır

İki ölkə Azərbaycanda tətbiq olunan elektron viza sistemi ilə maraqlanır
# 25 iyun 2019 16:06 (UTC +04:00)

Azərbaycanda tətbiq edilən elektron viza sistemi ilə iki ölkə maraqlanır.

APA-nın məlumatına görə, bunu bu gün elektron viza sistemini Azərbaycanda qurmuş "Sinam LLC" şirkətinin prezidenti Elçin Əliyev Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində təşkil edilən "Dövlət xidmətlərinin gələcəyi: 2030 gündəliyi kontekstində hökumətin fəaliyyətinin qabaqcıl texnologiyaların gücü ilə əlaqələndirilməsi" panelində söyləyib.

E. Əliyev deyib ki, "Sinam LLC" şirkəti Əfqanıstan və Monqolustan ilə danışıqlar aparır.

"Sinam LLC" şirkətinin prezidenti Azərbaycanda elektron viza sistemini qurmaq üçün dövlətin vəsait xərcləmədiyini açıqlayıb: "Dövlət bu sistemin qurulması üçün heç nə xərcləmədi, infrastrukturu biz yaradırıq. Dövlətlə danışıqlarda belə razılıq əldə olundu ki, elektron viza sisteminin qurulması nəticəsində elektron viza üçün ödənilən 20 dolların 3 dolları bizə, qalanı dövlət büdcəsinə çatsın. Bu barədə razılıq əldə olundu və beləliklə, buna uyğun olaraq bu sistem Azərbaycanda quruldu. Ehtiyaca uyğun infrastrukturun genişlənməsi ilə bağlı işləri də biz görürük. Bizim şirkət 25 ildir ki, Azərbaycanda, Orta Asiya bazarında fəaliyyət göstərir, işləyir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR