Komitə sədri: "Azərbaycanda 942 dini qurum qeydiyyatdan keçib"

Komitə sədri: "Azərbaycanda 942 dini qurum qeydiyyatdan keçib"
  • Clock-gray 12:09
  • calendar-gray 23 Oktyabr 2019

"Azərbaycanda 942 dini qurum qeydiyyatdan keçib. Onlardan 907-i İslam, 35-i qeyri-İslam dini icmalarıdır".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. Onun sözlərinə görə, müraciət edən digər dinlərə aid icmaların qeydiyyata alınması və sərbəst formada fəaliyyət göstərmələri Azərbaycanın dini məsələlərə tolerant münasibətinin nəticəsidir:

"Prezident İlham Əliyevin Sərəncamı ilə hər il dini konfessiyalara maddi dəstək ayrılır. Həmçinin Mənəvi Dəyərlərin Təbliği Fondunun xətti ilə müsəlman dini icmalarına yardımlar göstərilir. Məscidlərdə çalışan din xadimlərinə də maddi yardım göstərilir".

Qeyd edək ki, ölkə ərazisində ümumilikdə 2250 məscid var ki, onların da 136-sı Bakıda yerləşir. Bundan əlavə, ölkə ərazisində 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir.

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date