Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Linqvistika Klubu yaradılıb

Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Linqvistika Klubu yaradılıb
# 08 oktyabr 2019 16:01 (UTC +04:00)

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Linqvistika Klubu yaradılıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, AMOR-un ofisində Linqvistika Klubunun “Welcome day” tədbiri keçirilib. Tədbirdə çıxış edən edən AMOR-un layihə əlaqələndiricisi Ramin Rəcəbov təşkilatın xarici dil kurslarının 2016-cı ildən fəaliyyət göstərdiyini bildirib. Onun sözlərinə görə, yeni tədris ilindən etibarən AMOR xarici dil kurslarını Linqvistika Klubu şəklində birləşdirməyi qərara alıb: "Bu tədris ilində gənclərin Azərbaycan, ingilis, ispan, italyan və alman dillərini öyrənmək imkanı olacaq".

R.Rəcəbov Linqvistika Klubunun yaradılmasının AMOR sədri Leyla Əliyevanın dəstəyi sayəsində mümkün olduğunu söyləyib: “Leyla Əliyeva AMOR-un sonuncu forumunda gənclərə müraciətlə qeyd etmişdi ki, AMOR-da gənclər öz biliklərini dərinləşdirmək və yeni biliklər əldə etmək imkanına malikdir".

Linqvistika Klubunun rəhbəri Əbülfəz Şahbazov isə məhz AMOR-un sayəsində azərbaycanlı gənclərin özlərini, öz mədəniyyətini, tarixini və bütövlükdə ölkəmizi layiqincə təmsil etmək imkanı qazandığını vurğulayıb: “Rusiyanın Azərbaycanlı Gənclər Birliyi gənclərin potensialını üzə çıxarmasına imkan verir”.

Qeyd edək ki, Azərbaycan, ingilis, ispan, italyan və alman dillərinin öyrənilməsi üzrə məşğələlər şənbə və bazar günlərində AMOR-un ofisində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR