Əli Əsədov: “Azərbaycan 2030-cu ilə qədər istilik effekti yaradan qazların azaldılmasını hədəfləyib”

Əli Əsədov: “Azərbaycan 2030-cu ilə qədər istilik effekti yaradan qazların azaldılmasını hədəfləyib”
# 19 fevral 2021 14:59 (UTC +04:00)

“Azərbaycan qlobal iqlim dəyişmələrinin təsirlərinin azaldılması təşəbbüslərinə töhfə olaraq 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyasını 35 faizədək azaltmaq hədəfini müəyyənləşdirib”.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ankarada keçirilən Türk Dünyası Meteorologiya Forumunda Azərbaycanın Baş naziri Əli Əsədov deyib.

Baş nazir qeyd edib ki, Paris Sazişinin reallaşdırılması davamlı inkişaf hədəflərinə çatmaq üçün vacibdir və bu saziş emissiyaların azaldılmasına imkan verən yol xəritəsi rolunu oynayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR