Əli Əsədov: “Mart-iyun aylarında 64 038 nəfər tibbi personala 58 milyon 300 min manatlıq məvacib vaxtında çatdırılıb”

Əli Əsədov: “Mart-iyun aylarında 64 038 nəfər tibbi personala 58 milyon 300 min manatlıq məvacib vaxtında çatdırılıb”
  • Clock-gray 17:31
  • calendar-gray 06 Avqust 2020

“Cənab Prezident, Sizin tapşırığınız ondan ibarət idi ki, bu xəstəliklə əlaqədar bütün resurslar - maliyyə, inzibati və digər resursların hamısı buna yönəlməlidir”.

APA-nın məlumatına görə, bunu avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə Baş Nazir Əli Əsədov deyib. 

“Mən xüsusən də xəstəxanaların təchizatı ilə yanaşı, həkimlərimizə və tibbi personala xüsusi qayğı göstərildiyini qeyd etmək istərdim.Sizin 18 mart tarixli Sərəncamınıza uyğun olaraq, koronavirusla mübarizədə iştirak edən tibbi personala əməkhaqqının 3-5 misli qədər müddətli əlavələr verilməsi tapşırılmışdır. Məruzə edirəm ki, mart-iyun ayları ərzində 64 min 38 nəfər tibbi personala bu günə qədər 58 milyon 300 min manatlıq məvacib vaxtında çatdırılmışdır. Bu işlər davam etdirilir”, - deyə Baş Nazir vurğulayıb.

apa-logo-mini

Digər xəbərlər