Əlilliyi olan şəxslərə dövlət tərəfindən verilən reabilitasiya vasitələri növlərinin siyahısına 23 yeni növ əlavə edilib

Əlilliyi olan şəxslərə dövlət tərəfindən verilən reabilitasiya vasitələri növlərinin siyahısına  23 yeni növ əlavə edilib
  • Clock-gray 15:29
  • calendar-gray 23 Dekabr 2020

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında hazırlanaraq Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısı”na 23 yeni növ də əlavə edilib.

Nazirlikdən APA-ya verilən məlumata görə, aparılan islahatlar çərçivəsində əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı sahəsi də inkişaf etdirilir. Bu sahədə müasir yanaşmalar tətbiq olunur, təqdim edilən reabilitasiya vasitələrinin getdikcə həm keyfiyyəti, həm də növləri artır. 

Yeniliklərdən biri kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər üçün yüksək texnologiyalı protezlərin istehsalı və təqdim edilməsinə başlanıb. Həmçinin, əlilliyi olan şəxslərin müyəssərlik, inteqrasiya imkanlarının artırılması üçün yeni vasitələrin tətbiqi artıq ardıcıl xarakter alıb. Qeyd edilənlərlə əlaqədar da siyahıda ənənəvi reabilitasiya vasitələri ilə yanaşı, yeni növlər (yataq xəstələri üçün çarpayı, hərəkətli qaldırıcı qurğu, səs, göz, sifət və diş protezləri, “danışan kitab” və s.) də əksini tapıb.

Eyni zamanda, müasir yanaşmanın nəticəsi olaraq, siyahıda “əlil arabası”  ifadəsi də “təkərli oturacaq”la əvəz edilib.

Ümumilikdə, siyahıda reabilitasiya vasitələri növlərinin sayı 57-yə çatıb. 

Günay Elşadqızı

Digər xəbərlər