Əlilliyi olan şəxslər evlərində reabilitasiya vasitələri ilə təmin ediləcək

Əlilliyi olan şəxslər evlərində reabilitasiya vasitələri ilə təmin ediləcək
  • Clock-gray 12:30
  • calendar-gray 30 Mart 2020

Ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əlilliyi olan şəxslərə reabilitasiya vasitələri evlərinə aparılıb veriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata görə, həmin əlilliyi olan şəxslər ehtiyac duyduqları reabilitasiya vasitələri (əlil arabası, dördayaqlı dayaq vasitəsi,  qoltuqaltı və dirsəkaltı ağac, əsa və s. )  ilə təmin edilmək üçün 077 489 90 00,  077 489 90 04 və 077 489 90 05 telefon nömrələri ilə əlaqə saxlayaraq müraciət edə bilərlər.

Müraciətlər əsasında reabilitasiya vasitələri 5 gün ərzində yaşadıqları ünvanlarda onlara təqdim olunacaq.

Günay Elşadqızı

Digər xəbərlər