Əlilliyi olan şəxslərə təyin edilən Prezident təqaüdünün məbləği artırılır

Əlilliyi olan şəxslərə təyin edilən Prezident təqaüdünün məbləği artırılır
# 22 dekabr 2020 19:05 (UTC +04:00)

Azərbaycana əlilliyi olan şəxslərə təyin edilən Prezident təqaüdünün məbləği artırılır.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov APA-ya açıqlamasında bununla bağlı “Əmək pensiyaları haqqında” qanunun 19-cu maddəsinin (Əmək pensiyasının sığorta hissəsinə əlavələr) ləğv edilməsi və bundan irəli gələrək digər qanunlarda dəyişikliklər edilməsi təklif olunduğunu bildirib.

Təklifə əsasən, müharibə ilə əlaqədar I dərəcə əlilliyi olan şəxslərə Prezident təqaüdünün məbləğinin 250 manatdan 400 manatadək, II dərəcə əlilliyi olan şəxslərə 230 manatdan 350 manatadək, III dərəcə əlilliyi olan şəxslərə 210 manatdan 300 manatadək artırılması təklif olunur. Bu şəxslər təqaüdlə yanaşı, aylıq əsasda müavinət və ya pensiya da alırlar.

Ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə isə Prezidentin təqaüdünün 100 manatdan 130 manatadək artırılması təklif olunur. Bu şəxslərə də təqaüdlə yanaşı, aylıq əsasda müavinət və ya pensiya verilir.

I dərəcə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödəniləcək.

Əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara əlillik dərəcəsinə uyğun 8 800, 6 600 və 4 400 manat birdəfəlik sığorta ödənişi həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR