Litvanın Druskininkay şəhərinin meri Səbail RİH-də olub

 Litvanın Druskininkay şəhərinin meri Səbail RİH-də olub
  • Clock-gray 17:45
  • calendar-gray 14 Oktyabr 2019

Oktyabrın 14-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Səbail rayonunun Druskininkay şəhəri ilə qardaşlaşma əlaqələrinin yaradılması məqsədi ilə Litva Respublikasının Druskininkay şəhərinin meri Riçardas Malinauskas və Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas arasında görüş keçirilib.

Səbail RİH-dən APA-ya verilən məlumata görə, görüşü Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov açaraq Druskininkay şəhərinin merini, səfiri və qonaqları salamlayaraq, rayon haqqında onlara ətraflı məlumat verib. Görüş zamanı Azərbaycan və Litva dövlətləri arasında olan dostluq əlaqələrinin möhkəmliyini vurğulayan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov qonaqlara son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə, o cümlədən Səbail rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri haqqında məlumat verib.

Druskininkay şəhərinin meri Riçardas Malinauskas səmimi qəbul üçün təşəkkürünü bildirərək vurğulayıb ki, Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri, yeni parkların, yaşıllıqların salınması, şəhərin təmizliyi göz oxşayır və onda xoş təəssürat yaradıb.

Səfir Eqidius Navikas Azərbaycan və Litva arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib. Ölkələrimiz arasında əməkdaşlığın inkişafında şəhərlərarası əlaqələrin vacibliyinə toxunan səfir Litva və Azərbaycanın 3 şəhəri arasında qardaşlaşma münasibətlərinin qurulduğunu bildirib.

Sonda qonaqlar Ümummilli lider Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdiriblər.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date