Magistraturanın boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı sabah başa çatır

Magistraturanın boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı sabah başa çatır
# 22 avqust 2019 15:04 (UTC +04:00)

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olan bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı sabah başa çatacaq.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olunan bakalavrlar avqustun 15-dən avqustun 23-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri qəbul olunduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər. Bakalavrlar tələb olunan sənədlərin siyahısını qəbul olunduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR