Masazır dairəsindən “Gənclər şəhərciyi” istiqamətində köməkçi yolda hərəkət tam məhdudlaşdırılıb

Masazır dairəsindən “Gənclər şəhərciyi” istiqamətində köməkçi yolda hərəkət tam məhdudlaşdırılıb
# 14 oktyabr 2019 11:39 (UTC +04:00)

Oktyabrın 14-dən Abşeron rayonu, Masazır dairəsindən “Gənclər şəhərciyi” istiqamətində olan köməkçi yolda təmir-qazıntı işlərinə başlanılıb.

BDYPİ-nin HTT və İQƏŞ-nin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyevin APA-ya verdiyi məlumata görə, bununla əlaqədar 300 metr məsafədə yolun hərəkət hissəsi nəqliyyat vasitələri üçün tam məhdudlaşdırılıb.

"Bunu nəzərə alaraq sürücülərdən xahiş olunur ki, müəyyən müddət ərzində alternativ yollardan istifadə etsinlər", - deyə DDYPİ-dən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR