Mediasiya xidmətinə görə haqq və xərclər müəyyənləşib

Mediasiya xidmətinə görə haqq və xərclər müəyyənləşib
# 17 iyul 2019 09:09 (UTC +04:00)

Nazirlər Kabineti “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ni təsdiq edib.

APA-nın xəbərinə görə, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği aşağıdakı kimi müəyyən olunub. Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə 50 manat, əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə 50 manat mediasiya haqqı müəyyən olunub. İqtisadi mübahisələr üzrə iddia qiyməti 500 manatadək olduqda 20 manat, iddia qiyməti 501 manatdan 1000 manatadək olduqda 40 manat, iddia qiyməti 1001 manatdan 5000 manatadək olduqda 60 manat, iddia qiyməti 5001 manatdan 10000 manatadək olduqda 100 manat, iddia qiyməti 10001 manatdan 50000 manatadək olduqda 200 manat, iddia qiyməti 50000 manatdan çox olduqda 400 manat mediasiya xidməti üzrə xidmət haqqı tutulacaq.

İlkin mediasiya sessiyasının təşkil edilməsi ilə bağlı mediator və ya mediasiya təşkilatının çəkdiyi poçt, kargüzarlıq və digər cari xərclərin məbləği təsdiqedici sənədlər əsasında 10 manatdan çox olmayaraq müəyyən edilir.

Bu Qərar 2020-ci il iyulun 1-dən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR