Məhəbbət Vəliyeva məktəb direktorlarına xəbərdarlıq edib

Məhəbbət Vəliyeva məktəb direktorlarına xəbərdarlıq edib
# 22 noyabr 2019 16:50 (UTC +04:00)

“Son 15 ildə 3216 məktəb binası tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilib”.

Bunu Tərtərə səfəri zamanı APA-nın Qarabağ bürosuna Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Nazir müavini bəzi məktəb direktorlarının onlar üçün yaradılan şəraitə biganə qaldığını vurğulayıb: “Vacib məsələlərdən biri yaradılan bu şəraitə uyğun keyfiyyətli təhsil prosesini yaratmaq, dövlətin istifadəyə verdiyi əmlakı qoruyub saxlamaqdır. Elə məktəblərimiz var ki, uzun illər əvvəl təmir olunmasına baxmayaraq, dövlət əmlakına diqqətlə yanaşılıb və qorunub. Amma təəssüf ki, bəzi məktəblərimizin bu məsələyə daha ciddi yanaşması zərurəti yaranıb. Fürsətdən istifadə edib, üzümü məktəb rəhbərlərinə tutub demək istəyirəm ki, məktəbi qoruyub saxlamaq üçün ciddi qayda-qanun yaradılmalı, nizam-intizam qaydalarına əməl olunmalıdır“.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR