Məhkumlara müavinət, təqaüd və kompensasiya təyin edilməsi üçün tələb olunacaq sənədlər müəyyənləşib

Məhkumlara müavinət, təqaüd və kompensasiya təyin edilməsi üçün tələb olunacaq sənədlər müəyyənləşib
# 17 iyul 2019 23:12 (UTC +04:00)

Nazirlər Kabineti “Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər üçün aylıq müavinətin, təqaüdün və kompensasiyanın təyin edilməsi ilə əlaqədardır.

Beləliklə, aylıq müavinətin, təqaüdün və kompensasiyanın təyin edilməsi üçün Cəzaların İcrası Məcəlləsinin 90.4-cü maddəsinə uyğun olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər barədə aşağıdakı sənədlər və məlumatlar tələb olunacaq:

- məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi tarix;

- cəzaçəkmə müddəti;

- cəzaçəkmə müddətinin başlanğıcı;

- cəzanın çəkilməsi üçün müəyyən edilmiş cəzaçəkmə müəssisəsinin ünvanı;

- məhkumun şəxsi hesabının nömrəsi;

- məhkumun bir cəzaçəkmə müəssisəsindən digərinə keçirilməsi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR