Mərkəz direktoru: "Uşaqların təxminən 5 faizi mübahisə və zorakılığın şahidi olur"

Mərkəz direktoru: "Uşaqların təxminən 5 faizi mübahisə və zorakılığın şahidi olur"
# 15 oktyabr 2019 11:47 (UTC +04:00)

"Azərbaycanda 2016-2018-ci illər üzrə aparılan sorğuya görə, uşaqların 1/4 nəfəri 2 həftə və daha çox müddətdə özünü kədərli və ümidsiz hiss edir".

APA xəbər verir ki, bunu 10 oktyabr - Ümumdünya Psixi Sağlamlıq gününə həsr olunmuş "Psixi sağlamlıq: intiharların profilaktikasında tibbi və icma əsaslı yanaşmalar" adlı elmi-praktik konfransda İctimai Səhiyyə və İsahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev deyib. Mərkəz tərəfindən məktəblilər arasında sorğu keçirildiyini deyən Q.Haqverdiyev bildirib ki, sorğuya görə, uşaqların təxminən 5 faizi mübahisə və zorakılığın şahidi olur:

"Uşaqların 32 faizi son bir ildə ən azı bir dəfə həmyaşıdları ilə mübahisə yaşayır. 14 faiz respondent ay ərzində internetdən istifadə edərək digər şəxslərlə kobud davranır və alçaldıcı rəftar edir. Buna kiberbullinq deyilir. Tədqiqata görə, uşaqların 8 faizi həyatında intihar etməyi ağlından keçirib. Bu, digər ölkələrlə müqayisədə böyük rəqəm olmasa da, bizi düşünməyə vadar edir. Ölkəmizdə ÜST-ün dəstəyi və İSİM-in mütəxəssislərinin iştirakı ilə aparılan tədqiqatda iştirak edən respondentlərin 2 faizi əvvəlki 12 ay ərzində intihar cəhdini ciddi şəkildə düşünüb".

Onun dediyinə görə, son 12 ayda intihar haqqında ciddi düşünən qadınların sayı əhəmiyyətli dərəcədə yüksək olub: "Şəhərlərdə yaşayanlar üstünlük təşkil edib".

Q.Haqverdiyev qeyd edib ki, respondentlərin təxminən 10 %-i intihara təşəbbüs göstərib: "Bu faktlar göstərir ki, psixi saglamlığa qayğı insanın doğulduğu gündən başlamalıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR