Millət vəkili: “Analar və uşaqlar arasında qan azlığı artır”

Millət vəkili: “Analar və uşaqlar arasında qan azlığı artır”
# 18 sentyabr 2019 12:45 (UTC +04:00)

“Analar və uşaqlar arasında qan azlığı, anemiya artır”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitə sədrinin müavini Musa Quliyev deyib.

Qidaların zənginləşdirilməsinin zəruriliyindən danışan M. Quliyev bildirib ki, hamilələr arasında bu göstərici 40 faiz, uşaqlar arasında 28-30 faizdir: “Bu, çox ciddi rəqəmlərdir”.

Millət vəkili Qənirə Paşayeva gənclər arasında skolioz xəstəliyinin (onurğa sütununun əyriliyi) artmasından da narahatlığını dilə gətirib: “Bu yay skolioz xəstəliyindən əziyyət çəkən 25 gəncimizi xəstəxanalara yerləşdirmişəm. Onlardan ikisi təcili əməliyyat olunmalı idi”.

Q. Paşayeva qeyd edib ki, qanun qəbul edilsə də, ictimai yerlərdə tütündən istifadənin məhdudlaşdırılması ilə bağlı ciddi addımlar atılmır: “Milli Məclisin komitəsi ilə müvafiq qurumlar birgə dinləmə keçirməli və məsələnin həlli yolları müzakirə olunmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR