Milli Kitabxanada “Aida İmanquliyeva – görkəmli şərqşünas alim” mövzusunda kitab sərgisi açılıb

Milli Kitabxanada “Aida İmanquliyeva – görkəmli şərqşünas alim” mövzusunda kitab sərgisi açılıb
  • Clock-gray 12:42
  • calendar-gray 10 Oktyabr 2019

Oktyabr ayının 10-da Milli Kitabxanada Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə “Aida İmanquliyeva – görkəmli şərqşünas alim” mövzusunda geniş kitab sərgisi açılıb.

APA-nın xəbərinə görə, Milli Kitabxananın direktoru prof. Kərim Tahirov görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın həyat və yaradıcılığından söhbət açaraq, onun Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor-qadın olduğunu söyləyib. Professor qeyd edib ki, Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq elmində ilk cığırlar açan görkəmli şəxsiyyətlərdən biri olub, qısa ömür sürməsinə baxmayaraq dünya şərqşünaslıq elmində özündən sonra zəngin elmi irs qoyub: “Elmi tədqiqatları təkcə Azərbaycan və əski sovet şərqşünaslığını deyil, eyni zamanda, dünya
şərqşünaslığını inkişaf etdirib. Aida İmanquliyevanın elmi-təşkilati fəaliyyətində yüksək ixtisaslı ərəbşünas kadrlar yetişib, rəhbərliyi ilə namizədlik dissertasiyaları müdafiə edilib, bir sıra beynəlxalq simpoziumlar, konfranslar, respublika səviyyəli elmi tədbirlər keçirilib. Azərbaycan şərqşünaslıq elmini Rusiyada, Ukraynada, Almaniyada, İngiltərədə, Fransada, Özbəkistanda, Gürcüstanda və bir sıra ölkələrdə layiqincə təmsil edib. Aida xanımın daha bir xidməti cəmiyyət üçün layiqli övladlar böyütməsi olub. Həyatını elmə həsr edən böyük qızı Nərgiz Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir. Bu ailənin ikinci qızı – Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti bu gün dövlətimiz və dövlətçiliyimiz üçün çoxsaylı işlər görür”.

Kərim Tahirov Mili Kitabxana tərəfindən Aida İmanquliyeva haqqında 900 mənbə, 240 səhifədən ibarət fundament biblioqrafiyanın hazırlandığını xüsusi qeyd edib.

Sərgidə görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, tərcümə etdiyi, redaktoru olduğu, haqqında yazılan kitablar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.
 

Gülşən Hacıyeva

Digər xəbərlər

Arxiv

date