Mingəçevir su anbarının qadağan olunmuş ov vasitələrindən təmizlənməsinə başlanılıb - FOTO

Mingəçevir su anbarının qadağan olunmuş ov vasitələrindən təmizlənməsinə başlanılıb - FOTO
# 22 oktyabr 2019 12:44 (UTC +04:00)

Mingəçevir su anbarında ov alətləri aşkarlanıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, Mingəçevir su anbarında 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin Su Nəqliyyatında Polis İdarəsi Mingəçevir polis xətt məntəqəsi ilə birgə təşkil etdiyi reyd zamanı bir sıra istiqamətlərdə, həmçinin sahil zolağına yaxın ərazilərdə xeyli miqdarda sintetik torlar aşkar edilib.

8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Samir Abdullayev APA-nın yerli bürosuna bildirib ki, reyd ərzində 5 min metrdən artıq sintetik tor və digər qanunsuz ov alətləri götürülüb. Onun sözlərinə görə qanunsuz ov alətlərindən istifadə halları ilə bağlı müvafiq inzibati tədbirlər görüləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti də Mingəçevir su anbarının qadağan olunmuş ov vasitələrindən təmizlənməsinə başlanılması barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə növbəti tədbir 22 oktyabr 2019-cu il tarixində Mingəçevir su anbarında keçirilib.

8 saylı Regional Ekologiya və Su Nəqliyyatında Polis idarələrinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Mingəçevir su anbarının bir hissəsi balıqların ovlanması üçün qurulan qadağan olunmuş ov vasitələrindən və sintetik torlardan təmizlənib.

Mingəçevir su anbarında və digər su hövzələrində reydlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR