Miqrasiya Xidməti: Almaniyadan qaytarılan 61 Azərbaycan vətəndaşı evlərinə yola salınıb - YENİLƏNİB

Miqrasiya Xidməti: Almaniyadan qaytarılan 61 Azərbaycan vətəndaşı evlərinə yola salınıb - YENİLƏNİB
# 15 noyabr 2019 11:59 (UTC +04:00)

"Almaniyadan ölkəmizə çarter reysi ilə 61 nəfər Azərbaycan Respublikası vətəndaşı evlərinə yola salınıb".

Bu barədə APA-ya Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Elnur Kələndərov deyib.

O, həmin şəxslərin hamısının evlərinə getdiyini bildirib.

***

11.49

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin icrası çərçivəsində 14.11.2019-cu il tarixdə Almaniyadan ölkəmizə çarter reysi ilə 61 nəfər Azərbaycan Respublikası vətəndaşının readmissiyası (geri qaytarılması) həyata keçirilib.

Dövlət Miqrasiya Xidmətindən APA-ya bildirilib ki, onlardan 22 nəfəri kişi, 18 nəfəri qadın, 21 nəfəri uşaqdır.
Readmissiya olunan Azərbaycan vətəndaşları Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR