Əmək Məcəlləsinin Əməyin mühafizəsi xidmətləri maddəsinə əlavə ediləcək

Əmək Məcəlləsinin Əməyin mühafizəsi xidmətləri maddəsinə əlavə ediləcək
# 24 sentyabr 2020 11:11 (UTC +04:00)

Əmək Məcəlləsinin Əməyin mühafizəsi xidmətləri maddəsinə əlavə ediləcək.

APA-nın məlumatına görə, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Hazırkı Məcəlləyə görə, Əməyin mühafizəsi işinin təşkili və əməyin mühafizəsi üzrə qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi üçün iqtisadiyyatın bütün sahələrinin müəssisələrində işçilərin sayı əlli nəfərdən çox olduqda əməyin mühafizəsi xidmətləri yaradılmalıdır.

Təklif olunan dəyişiklikdə “sahələrinin müəssisələrində işçilərin” sözləri “sahələrində işəgötürənlər işçilərinin” sözləri ilə, “yaradılmalıdır” sözü“ yaratmalıdırlar” sözü ilə əvəz ediləcək.

Eyni zamanda, həmin hissəyə aşağıdakı əlavə də ediləcək:

“İşçilərinin sayı 50 nəfərdən az olduqda və əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi tətbiq edilmədikdə, əməyin mühafizəsi işinin təşkili işəgötürənin əmri ilə əməyin mühafizəsi üzrə səriştəli işçilərdən birinin əmək funksiyasına aid edilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR